Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden son çıxışında Vladimir Putinin Ukraynadakı müharibədə taktiki nüvə silahından istifadə edə biləcəyini deyib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Prezidentinin böyük əks-səda doğuran bu açıqlamasına Ukrayna tərəfi münasibət bildirib. “RBK Ukrayna”-ya açıqlama verən Ukrayna Hərbi Kəşfiyyatının sözçüsü Andrey Yusov deyib ki, Rusiya kimi “terrorçu dövlətdən” hər şey gözləmək olar, lakin hazırda bu dövlətin taktiki nüvə silahından istifadə riskinin artdığını söyləmək olmaz: “Putin Rusiyası strateji və taktiki nüvə silahına malik olan terrorçu dövlətdir. Hipotetik olaraq, bu istiqamətdə həmişə təhlükə var. Ona görə də Ukrayna və tərəfdaşları bu məsələni diqqətlə izləyir”.
Yusov bildirib ki, Putinin nüvə silahından istifadə etməsi onun özünə qarşı çevrilə bilər. Çünki Ukraynada döyüş meydanında nüvə silahının tətbiqi hərbi cəhətdən Rusiyaya heç bir üstünlük qazandırmayacaq. Əvəzində, bu vəziyyət beynəlxalq birliyin olduqca böyük və kəskin reaksiyasına səbəb olmaqla yanaşı, Putin hakimiyyətinin çökməsilə nəticələnəck.
“AzPolitika.info”


Şərhlər