Fransa Prezidenti Emmanuel Makronun reqbi liqası çempionu “Tuluza”nın oyunçuları ilə paltardəyişmə otağındakı görüntüləri gündəm olub.
“AzPolitika.info” xəbər verir ki, sözügedən görüntülərdə Makron oyunçularla birlikdə pivə içib.
O, pivə şüşəsini başına qaldıraraq tək nəfəsdə 17 saniyəyə bütün pivəni içərək bunu bacardığını nümayiş etdirməyə çalışıb.
Makronun bu hərəkəti Fransada birmənalı qarşılanmayıb.
Sosialist senator Laurens Rossignol Makronu tənqid edərək, bunları deyib: “Onun başında pivə var idi? O, Nəyi sübut etmək istəyir? Əsl kişi olduğunu?”.
Sosialist partiyasının parlament sözçüsü Artur Delaport isə “Prezident bunu etməməlidir” deyə Makrona etirazını bildirib.
“AzPolitika.info”


Şərhlər