F-16 qırıcılarının Ukraynaya mümkün transferi iki mərhələdə baş tutacaq.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə sözçüsü Sten Braun ABŞ mətbuatına müsahibəsində deyib.
Braun bildirib ki, ilk addım pilotların hazırlanması üçün lisenziyanın alınması olmalıdır: “Bundan sonra isə təyyarələrin Ukraynaya necə üçüncü şəxs tərəfindən və ya başqa yolla təhvil veriləcəyi müəyyən ediləcək. Dövlət Departamenti hazırda pilotların təliminə başlamaq üçün Hollandiya kimi ölkələrdən gələn üçüncü tərəflərin transfer tələbləri üçün sənədləşmə işləri aparır”.
“AzPolitika.info”


Şərhlər