Menu

Danimarka Ukraynaya hərbi yardımlarını 3 milyard dollara çatdırmağı hədəfləyir

20.06.2023, 17:20
Danimarka Ukraynaya hərbi yardımlarını 3 milyard dollara çatdırmağı hədəfləyir

Danimarka Ukraynaya hərbi yardımını 5 il müddətində 3,2 milyard dollara çatdırmağa qərar verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2023-2028-ci illər ərzində Ukraynaya hərbi yardımın məbləği 21,9 milyard Danimarka kronuna (3,2 milyard dollar) çatdırılacaq.

Danimarka sözügedən hərbi yardım çərçivəsində Ukraynaya birbaşa silah, hərbi texnika, təcili yardım avadanlıqları və müxtəlif təlim dəstəyi verəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol