Menu

“Canlı efirdə dövlət sirrini danışmaq olmaz...” - Müxalifət Paşinyanı yalan ifadə verməkdə ittiham edir

20.06.2023, 17:33
“Canlı efirdə dövlət sirrini danışmaq olmaz...” - Müxalifət Paşinyanı yalan ifadə verməkdə ittiham edir

Nikol Paşinyanın 44 günlük müharibəni araşdıran parlament komissiyasındakı çıxışı erməni müxalifətini hiddətləndirib.

“AzPolitika.info” xəbər verir ki, müxalif “Ermənistan” blokunu təmsil edən daşnak deputat Qeqam Manukyan Paşinyanın Şuşa ilə bağlı açıqlamalarının ziddiyətli olduğunu deyib və ümumilikdə Baş naziri yalan danışmaqda ittiham edib: “Paşinyanın sözlərini əsas olaraq götürə bilmərəm. Belə ki, 18 ildir “Aykakan Jamanak” qəzetinin redaktoru, yalançı Nikol Paşinyanı tanıyırıq”.

Manukyan deyib ki, komissiyanın iclasında, canlı efirdə dövlət sirlərini danışmaq olmaz. Paşinyanın Putinlə telefon danışıqlarına da toxunan müxalifətçi ironiya ilə bildirib ki, Baş nazirin obyektivliyini qiymətləndirmək üçün Putini də komissiyada ifadə verməyə dəvət etmək lazımdır: “Nikol Paşinyan Putinin çoxsaylı təkliflərinə istinad edir. Obyektivliyi təmin etmək üçün Putini də komissiyaya çağıracaqlarmı?”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol