Menu

Sergey Lavrov NATO Baş katibinə cavab verib - "Münaqişə dondurulmursa, onda döyüşərik"

20.06.2023, 17:48
Sergey Lavrov NATO Baş katibinə cavab verib - "Münaqişə dondurulmursa, onda döyüşərik"

“NATO-nun Baş katibi Yens Stoltenberq münaqişənin dondurulmasını istəmirsə, deməli, döyüşmək istəyir. Onda döyüşək”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında deyib.

O bildirib ki, Y.Stoltenberqin bu açıqlaması Qərbin müharibəni davam etdirmək istəyindən xəbər verir.

Qeyd edək ki, iyunun 19-da Y. Stoltenberq söyləyib ki, NATO Rusiya-Ukrayna müharibəsinin dondurulmasının əleyhinədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol