Menu

Sabiq millət vəkili vəfat edib

20.06.2023, 18:20
Sabiq millət vəkili vəfat edib

Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı Akif Şahbazov vəfat edib.

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı A.Şahbazovun sabiq deputat həmkarı Zəminə Dünyamalıyeva öz sosial şəbəkə səhifəsində paylaşıb. 

1957-ci il təvəllüdlü A.Şahbazov Yeni Azərbaycan Partiyasından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilib,  O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olub. 

A.Şahbazov Milli Məclisin üzvü olarkən Yeni Azərbaycan Partiyasından ayrılaraq o zamanlar sabiq spiker Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasına (ADP) qoşulan 7 deputatdan biri idi.

Sonradan o, bir müddət Rəsul Quliyevin təsisçisi olduğu Açıq Cəmiyyət Partiyasına (ACP) da sədrlik etdi. ACP-nin sədrliyindən istefa verdikdən sonra isə siyasətdən uzaqlaşmışdı. 

 Allah rəhmət eləsin. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol