Menu

Rusiya ordusu Ukraynada 9 mindən artıq dinc sakin öldürüb - BMT yeni statistika açıqladı

20.06.2023, 23:46
Rusiya ordusu Ukraynada 9 mindən artıq dinc sakin öldürüb - BMT yeni statistika açıqladı

Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynada genişmiqyaslı işğala başlamasından bəri 9 min 83 ukraynalı mülki şəxs həlak olub. 15 min 779 dinc sakin isə xəsarət alıb.

"Azpolitika.info" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının iyun hesabatında bəhs edilir.

18 iyun 2023-cü il tarixinə olan məlumata görə, əhali arasında qurbanların ən çoxu Donetsk və Luqansk vilayətlərində qeydə alınıb.

Açıqlamaya görə, bu vilayətlərin Ukraynanın nəzarətində olan ərazisində 4 min 105 nəfər həlak olub, 5 min 861 nəfər yaralanıb. Həmin vilayətlərin Rusiya qoşunlarının işğal etdiyi hissəsində isə 718 dinc sakinin həlak olduğu, 2 min 521 nəfərin də yaralandığı bildirilir.

BMT izah edir ki, qurbanların real sayı daha çox ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol