Menu

"Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur" - "AzerGold" açıqlama yaydı

21.06.2023, 14:53
"Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur" - "AzerGold" açıqlama yaydı

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC-nin heç bir bağlılığı yoxdur.

Bunu səhmdar cəmiyyətinin sözçüsü Ariz Tarverdiyev bildirib.

"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir", - deyə o qeyd edib.//"Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol