Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin onu “yəhudi xalqının ayıbı” adlandırmasına münasibət bildirib.
“AzPolitika.info” xəbər verir ki, “BBC”-yə müsahibəsində Zelenski Putini “antisemitizmin kralı” adlandırıb: “Sanki o, öz sözlərini sona qədər anlamır. Bağışlayın, ancaq o, sanki Hitlerdən sonra antisemitizmin ikinci kralıdır. Bunu Prezident deyir... Sivil dünya belə deyə bilməz. Mənim üçün dünyanın reaksiyasını eşitmək vacib idi və mən dəstəyə görə minnətdaram”.
“AzPolitika.info”


Şərhlər