Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.
Lent.az “Milliyet”ə istinadən xəbər verir ki, çirkli pulların yuyulması ilə bağlı 120 nəfər saxlanılıb.
Məlumata görə, həmin fenomenlərin olduğu dəstə kredit kartları ilə fırıldaqçılıqda günahkar bilinir. Bu dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə transfer etdiyi bildirilir. Əməliyyat nəticəsində 42 fenomenin əmlakına əl qoyulub.
İddia olunur ki, saxlanılanlar arasında azərbaycanlı “tiktoker” Səfər Eyvazov da var.

726 mindən çox “follower”i olan Eyvazovun “Instagram”da 1 milyondan çox izləyicisi var.
Bundan başqa iddia olunur ki, saxlanılanlardan biri də "TikTok"da "By MG" niki ilə tanınan Mehman Qədimbəylidir.
Qeyd edək ki, M.Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur.
Onu da qeyd edək ki, M.Qədimbəyli Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.
M.Qədimbəylinin saxlanılıb saxlanılmadığını dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Şərhlər
Men atam deputat muavini olsaydi ,mende bu saat Sederek ve Bine kimi obyektim var idi.Deyitem Allah deputat usaglarina yeqin xususi biliy verib ki,bunlar 17-18 yashinda biznesmen olub qaz vurub qaz doldururlar.Allah her kese deputatloq qismet elesin