Menu

Azərbaycan - Böyük Britaniya əlaqələrinin genişləndirilməsi müzakirə olunub

21.06.2023, 19:55
Azərbaycan - Böyük Britaniya əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər.

Onlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol