Menu

Sabunçu bazarındakı yanğın söndürüldü - Yenilənib

21.11.2014, 12:33
Sabunçu bazarındakı yanğın söndürüldü - Yenilənib

Bakıda bazarda baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bazarda baş verən yanğını söndürüblər. Hazırda yanan ərazidə araşdırma aparılır.

İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

*****

11:31

Bakıda bazarda yanğın başlayıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Sabunçu qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol