Menu

Patruşev Ukraynanın əks-hücum zamanı verdiyi itkiləri açıqlayıb

22.06.2023, 13:59
Patruşev Ukraynanın əks-hücum zamanı verdiyi itkiləri açıqlayıb

İyunun 4-dən 21-dək Ukrayna Silahlı Qüvvələrinin 13 mindən çox şəxsi heyəti məhv edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev TŞ-nin daimi üzvlərinin müşavirəsində prezident Vladimir Putinə məruzəsində bildirib.

"Həmçinin Ukrayna Silahlı Qüvvələrinin 246 tankı, o cümlədən 13 qərb istehsalı tankı, 443 zirehli texnika və 59 ədəd qərb ölkələri istehsalı piyada döyüş maşını, 42 zenit raket kompleksi sistemi, 10 qırıcı təyyarə və 4 helikopter məhv edilib.

Bunlar Rusiya Federasiyasının bütün hüquq-mühafizə orqanlarından, Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, FTX və başqalarından gələn ümumiləşdirilmiş məlumatlardır", deyə Patruşev qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol