Menu

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

21.11.2014, 12:41

TURAZ-Kartalı-Devam-EdiyorDekabr ayının ortalarında Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Hazırda iclasın tarixi və gündəliyi tərəflər arasında dəqiqləşdirilir.

İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol