Menu

“Orduya gündə bir alay qəbul edirik” – Şoyqu səfərbərlik olmayacağını deyir

22.06.2023, 16:41
“Orduya gündə bir alay qəbul edirik” – Şoyqu səfərbərlik olmayacağını deyir

“Müqavilə əsasında orduda xidmətə 114 min nəfər daxil olub, daha 52 min nəfər isə könüllüdür”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Şoyqunun sözlərinə görə, orta hesabla gündə 1336 nəfər orduda xidmət etmək üçün müqavilə bağlayır. “Yəni hər gün bir alay qəbul edirik”, - deyə nazir bildirib. O qeyd edib ki, bu səbəbdən nazirlik yeni könüllülərə ehtiyac görmür.

Bundan əlavə, nazir iyunun sonunadək Rusiyanın ehtiyat ordu korpusu formalaşdıracağını açıqlayıb.

Xatırladaq ki, bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, il ərzində 150 000 nəfər ordu ilə müqavilə imzalayıb və daha 6 min könüllü döyüşmək üçün müraciət edib. "Bütün döyüş tapşırıqlarını yerinə yetirmək üçün bu say kifayətdir", - Kreml rəhbəri vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol