İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən iaşə obyektidir.
Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, hərracda 5 900 manat ilkin start qiyməti ilə təklif edilən “Chevrolet Niva” markalı avtomobil 6 660 manata satılıb.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 4, 11 və 19 iyulda keçiriləcək.


Şərhlər