Menu

“Qəbələ”nin futbolçusu qəzaya düşdü

22.06.2023, 23:51
“Qəbələ”nin futbolçusu qəzaya düşdü

“Qəbələ” futbol klubunun oyunçusu Emin Səfərov Zaqatalada qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, gənc oyunçunun idarə etdiyi “Niva” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində E.Səfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol