Menu

“2-3 ay aktiv döyüşlər gedəcək” - Ukrayna kəşfiyyatı

23.06.2023, 12:20
“2-3 ay aktiv döyüşlər gedəcək” - Ukrayna kəşfiyyatı

Hələ ki, çoxlarının gözlədiyi effekti verməyən Ukrayna əks-hücumunun nə qədər davam edəcəyi barədə suallar çoxalır.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən Ukrayna Müdafiə Nazirliyi Hərbi Kəşfiyyatının rəis müavini, general Vadim Skibitski aktiv hərbi əməliyyatların 2-3 ay davam edəcəyini söyləyib: “Bütün ili proqnozlaşdırmayaq. Belə deyə bilərəm ki, aktiv hərbi əməliyyatlar yaxın 2-3 ay müddətində davam edəcək. Onlar həm hücum, həm də müdafiə xarakterli olacaq. Çünki bizim strateji hədəfimiz bütün ərazilərimizin azad edilməsidir”.

General deyib ki, sözügedən müddət bitəndən sonra payız-qış hərbi kampaniyası barədə proqnozlar vermək olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol