Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.


Şərhlər
Əlbət Neftçalalılar başçı əvəzinə toy manısı kimi parlaqçöhrə birisini görəndə elə biliblər oxuyandı,deyiblər bir dənə “Maral maral” oxu. O da deyib mən oxuya bilmirəm.Deyiblər oxuya bilmirsənsə nə deyib toya gəlmisən? O da deyib mən toya gəlmişəm ki?Deyiblər bəs hara gəlmisən?Deyib icraya, başçıyam mən. Deyiblər icra binası toyxanadı ki müğənni başçı olsun?Deyib əşi müğənni kimdi,Bəxtiyaram da Bəxtiyar,Gəncəbasardan,revkomdan.Deyiblər neçə nəfərnən gəmisən?Deyib altmış atlıynan.Birisi bir uşağa deyib ki,apar bunlara Taxta xalanın evini göstər,bunlar dədeyin qanını almağa gəliblər.Bu etiraz etmək istəyəndə ki getməsin,ejgahannığdu deyib döyüblər. Olur belə şeylər.
Bizdə yalnız polis adam döyə bilər!
Bu yeni təyin olunmuş "Avropa" təhsilli, arxalı, ütülü, maniken ədalı, başıboş, debil kadrlar bu hakimiyyəti açıqca rüsvay etdiklərinin artıq hər gün şahidi olmaqdayıq. Təəssüf ki bu belədir və neçə ilimiz də belə uğursuzluğa hədər getdi.