Menu

Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə görüşəcəyi vaxtı açıqladı

23.06.2023, 13:02
Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə görüşəcəyi vaxtı açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib.

“Report” xəbər verir ki, o, bu barədə “Röyters”ə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var.

C.Bayramov bildirib ki, Azərbaycan Ermənistanla razılıq əldə olunmasında maraqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol