MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır .
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə var: “Bu da inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizdə inflyasiya 11,5 %-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Biz fərqli ölkələrlə müqayisə edə bilərik. Amma biz səbəbi tapmalıyıq. Çində 0,2 % inflyasiya var, bu, əslində yaxşı hal deyil, bu inflyasiya iqtisadi inkişafa yaxşı təsir etmir. Çünki inflyasiya olmalıdır ki, iqtisadi inkişaf dəstəklənsin. Bizim üçün məqbul inflyasiya 4 faizdir”.


Şərhlər
Yadıma ağıllınız kimdir məsəli düşdü....))))) .....1. “AMB sədri bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə var: Bu da inflyasiyaya azaldıcı təsir edir”.....Cənab sədr, üzən məzənnə rejimi valyuta bazarında tələb-təklifin mərkəzi bankın iştirakı olmadan tarazlaşdırılması üçündür, əgər bu rejimin tətbiqi nəticəsində milli valyutanın məzənnəsi ucuzlaşırsa bu, inflyasiyaya necə azaldıcı təsir göstərə bilər ???? Ən yaxşı halda iqtisadi artıma yüksəldici təsir müəyyənləşə bilərki, bu da istehlak bazarında yeni qiymətlər səviyyəsində tarazlıq formalaşdıracaq .......2.“ Ölkəmizdə inflyasiya 11,5 %-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Bizim üçün məqbul inflyasiya 4 faizdir”......maraqlıdır Cənab sədr, əgər inflyasiyanın 70%-in idxal inflyasiyası təşkil edirsə, sabit məzənnə rejimi və istehlak bazarında qiymətlərin az qala hər gün artımı şəraitində onu necə 4%-ə endirmək olar ??? Fikirlərinizi bir az geniş izah edərdiz, biz, adi adamlarda başa düşək ??? ....))))))))))))))))))))))))
Bu inflyasianin ne olduqu haqqinda tesevvuru varmi?