“Azad mətbuat, müstəqil jurnalistlər açıq cəmiyyət quruculuğunun vazkeçilməz kimponentidir. Ölkədə mətbuatın nüfuzunun yüksək olması həm dövlətin, həm də cəmiyyətim maraqlarına uyğundur. Buna görə də hər iki tərəf ölkədə güclü, müstəqil mətbuatın formalaşmasının qeydinə qalmalıdır”.
Bu sözləri “AzPolitika.info”-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
Təşkilat rəhbəri jurnalistlər üçün tikilmiş 3-cü bina ətrafında aparılan müzakirələrin bəzən yanlış istiqamətə yönəldilməsindən təəssüf hissi keçirdiyini bildirib: "Kimlərsə jurnalistləri cəmiyyətə yazıq, mağmın adam kimi təqdim etməyə çalışır. Halbuki, bu kampaniyada iştirak edən jurnalistlər heç kimə yalvarmırlar, öz haqlarını tələb edir, bunun üçün mübarizə aparırlar. Jurnalistin ləyaqətli duruşu olmalıdır. Situasiyadan asılı olmayaraq, əsl jurnalist öz duruşundan vaz keçməməlidir. Biz vicdanlı, obyektiv, peşəkar mətbuatın iştirakı ilə açıq və şəffaf cəmiyyət qura, tərəqqi edə bilərik”.
“AzPolitika.info”


Şərhlər
Halal olsun, Sizə Seymur müəllim, əsil kişi sözü belə olar: """ "Kimlərsə jurnalistləri cəmiyyətə yazıq, mağmın adam kimi təqdim etməyə çalışır. Halbuki, bu kampaniyada iştirak edən jurnalistlər heç kimə yalvarmırlar, öz haqlarını tələb edir, bunun üçün mübarizə aparırlar. Jurnalistin ləyaqətli duruşu olmalıdır. Situasiyadan asılı olmayaraq, əsl jurnalist öz duruşundan vaz keçməməlidir. Biz vicdanlı, obyektiv, peşəkar mətbuatın iştirakı ilə açıq və şəffaf cəmiyyət qura, tərəqqi edə bilərik”."""