Menu

“Hər iki tərəf böyük itkilər verir” - “Ruslar gözləniləndən daha yaxşı müdafiə olunurlar”

23.06.2023, 14:42
“Hər iki tərəf böyük itkilər verir” - “Ruslar gözləniləndən daha yaxşı müdafiə olunurlar”

“Əks-hücumun ilk mərhələsində Ukrayna qüvvələri az uğur qazanırlar, Rusiya qüvvələri isə Qərb ekspertlərinin gözlədiklərindən fərqli olaraq, daha böyük səriştə göstərirlər”.

“AzPolitika.info” xəbər verir ki, “CNN”-in Ukrayna cəbhəsində baş verənlərlə bağlı son reportajında belə deyilir.

Qərbdəki hərbi mənbələrə istinad edən “CNN” bildirir ki, Rusiya müdafiə xətlərini yaxşı təşkil edib və hava məkanında üstünlüyə malikdir. Həmçinin, ərazilərin minalanması və artilleriyanın fəaliyyəti Ukrayna qüvvələrinin sürətli və uğurlu hərəkətini əngəlləyir.

Bununla yanaşı, qeyd olunur ki, əks-hücum əməliyyatları hələ başlanğıc mərhələsindədir və Kiyevin Qərbdəki tərəfdaşları Ukrayna qüvvələrinin zamanla ərazilərin azad edilməsində uğur qazanacağına dair optimist əhval-ruhiyyəni saxlayırlar: “Mənbələr qeyd edirlər ki, Ukrayna qüvvələri Rusiyanın müdafiə taktikasına adaptasiya olunurlar və quru qoşunları vasitəsilə böyük əməliyyatlar həyata keçirirlər. Son günlər Ukrayna qüvvələri Rusiya təyyarələrinin hədəfə götürülməsində və vurulmasında böyük uğurlar əldə edirlər. Nəticədə əks-hücum həm Ukrayna, həm də Rusiya üçün ağır sınağa çevrilir və hər iki tərəf böyük itkilər verir”.

Cəlal

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol