Menu

Rusların banklara 225 milyard kredit borcu var – Qaytarılmayan vəsaitlərin həcmi artır

23.06.2023, 15:06
Rusların banklara 225 milyard kredit borcu var – Qaytarılmayan vəsaitlərin həcmi artır

“Mayın sonunda rusların banklara kredit kartları üzrə 225 milyard rubl borcu var idi ki, bu da ümumi kreditlərin 12%-ni təşkil edir. Bu, tarixi maksimumdur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti “ScoringBureau” kreditbürosunaistinadənməlumat yayıb.

Qeyd olunur ki, kəmiyyət baxımından indi buraxılan kartların təxminən 6 faizinin vaxtı keçib. Bu, ötən ilin oktyabrından bəri maksimumdur. Bununla belə, banklar sürətlə kredit kartları buraxmağa davam edir. Bu il - ayda orta hesabla iki milyon, keçən il - 1,8 milyon, 2021-ci ildə - 1,4 milyon kredit kartı verilib. Kreditin orta məbləği 90 min rubl təşkil edir.

“Kommersant”ın həmsöhbətləri bildiriblər ki, nağd kreditlər əvəzləyən kredit kartları üzrə qaytarılmayan kreditlərin həcmi artmağa başlayıb. Ekspertlər bu amili əsas gətirərək bankların kredit siyasətində mümkün korreksiyanın olacağını proqnozlaşdırırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol