Menu

BakıNIN Nərimanov rayonunda qətl hadisəsi törədilib

24.06.2023, 00:25
BakıNIN  Nərimanov rayonunda qətl hadisəsi törədilib

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol