Menu

PUTİN XALQA MÜRACİƏT ETDİ - "Bu, xəyanətdir!" + VİDEO (Yenilənir)

24.06.2023, 11:13
PUTİN XALQA MÜRACİƏT ETDİ -  "Bu, xəyanətdir!" + VİDEO (Yenilənir)

Rusiya Prezidenti Vladimir Putinin bu gün yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 10:00-da) xalqa müraciəti edib. 

Rusiya Prezidenti  "Vaqner"in rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət adlandırıb: "Vaqner" muzdlu hərbi təşkilatının son addımları xəyanətdir.  Rusiya öz gələcəyi üçün ağır mübarizə aparır, Qərbin bütün hərbi və informasiya maşını ona qarşı yönəlib”.

Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür: “İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.

“Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Üsyançılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”, - dövlət başçısı söyləyib.

O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu üsyan ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".

“Rusiyada hakimiyyətin parçalanmasına imkan verməyəcəyik” -deyə, Putin xalqa müraciətində bildirib.

O bildirib ki, hakimiyyət xalqı qoruyacaq: “İndi xalqımızın taleyi həll olunur”.

Həmin müraciəti təqdim edirik:

Şərhlər

Vətəndaş 2023-06-24 18:20:37

İnşallah bu ŞƏR ölkə dağılmalıdır

Əvəz 2023-06-24 12:05:37

İnşallah bu ŞƏR ölkə dağılacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol