Ruslar Moskva şəhərinin girişindəki əsas strateji keçidləri süni maneələrlə bağlamağa çalışırlar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə rusyönlü “teleqram” kanallarında video paylaşılıb.
Paylaşılan videoda Oka çayının üzərindəki körpünün qum və su ilə dolu yük maşınlarıyla bağlandığı görünür.
Bildirilib ki, Moskva vilayətində “Don”, “Ural” və “Krım” magistralları qismən bağlanıb.
“AzPolitika.info”


Şərhlər
Əlbəttə,bu ümidsiz qiyamdı.Sezarın Rubikonu keçərək Pompeyə qarşı Va-Bank getməsinə bənzətmək olarmı?Əsla.Çünki o zaman Roma xalqı da, ordusu da tamamən Sezarın tərəfindəydi,Pompeyin tərəfində olanlar isə özünə tabe olan cəmisi bir neçə legion, senatdakılar və əyalət məmurlarıydı.Burada isə xalqın cüzi hissəsi Priqojinin tərəfindədir,xalqın və ordunun isə doxsan faizi Putinin tərəfində.Bu qiyam olsa-olsa gələcəkdə Potyomkin zirehli gəmisinin qiyamı kimi tarixə düşə bilər.O kadar yani.Həm də rus xalqı heç vaxt Evstiqneyevsifət,Paramoşaüz və sallaqdodaq birisini özünə hökmdar seçməz.