Menu

"Həyatın yaşam sığortası özəl pensiya fondlarına keçidi stimullaşdırır" - DVX-nin idarə rəisi

24.06.2023, 17:40
"Həyatın yaşam sığortası özəl pensiya fondlarına keçidi stimullaşdırır" - DVX-nin idarə rəisi

Artıq həyatın yaşam sığortası maliyyə bazarlarında mövcud investorlarının marağında olan özəl pensiya fondlarına keçidi stimullaşdırır.

Bunu "APA-Economics"ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.

"Bir çox ölkələrdə olduğu kimi vətəndaş gələcək pensiya təminatını etibar edəcəyi fondu seçmək imkanı əldə edir. Hazırda ölkəmizdə bu sahədə Dövlət Sosial Müdafiə Fondu fəaliyyət göstərir. Hər dəfə pensiya məbləğinin artırılması dövlət büdcəsindən transfert olunan vəsaitin yükünü artırır. Özəl pensiya fondları vətəndaşların ödədiyi vəsaitləri investisiya edərək dövriyyələrini təşkil edib dividendlər əldə etmək imkanı yaradır. Əldə olunan dividendlər sığortaolunanların pensiya təminatının yüksək olmasına səbəb olur. Ölkədə pensiya fondlarının fəaliyyəti bazarda sağlam rəqabətliliklə yanaşı, dövlətin sosial yükünün bölüşdürülməsində iştirak edib büdcədən asılılığı minimuma salınmasında əhəmiyyətli rol oynayacaq" - DVX-nin idarə rəisi əlavə edib.

Şərhlər

Rasim Quliyev 2023-06-24 19:48:16

Onda niye helede DVX iscilerine bu imkandan istifadeni mehdudlashdirirsiz.Iqtisadiyyat Nazirliyine serait yaratmisiz amma Vergiler,Gomruk diger iscileri bu huquqdan istifade ede bilmir.Yigan budceni vergi ,gomruk qaymagi Iqtisadiyyat Nazirliyi yeyir

Eli 2023-06-24 17:50:00

Gözel fikir gözel ideyalar.Avropa ve ABŞ-ı bezi milli mentsl meselelerde beyenmesek de bizim pıstsovet respublikalarının onlardan öyreneceyi meseleker çoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol