“Rusiya Prezidenti Vladimir Putin hakimiyyətini itirmək riski ilə qarşılaşıb və növbəti 24 saat onun üçün həlledici əhəmiyyət daşıyır”.
“AzPolitika.info” xəbər verir ki, bunu “CNN” bildirib.
Xəbərdə deyilir ki, amerikalı ekspertlərin fikrincə, Putinə qarşı bu qiyamın arxasında Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları durur. Rusiya elitasını bu böhrandan çıxarmağın yeganə yolu isə “qardaş qırğını”dır.
Yazıda bildirilir ki, böyük ehtimalla Priqojin bu qiyamı xeyli vaxtdır hazırlayıb. Çünki bu qədər qüvvəni bir gecədə toplamaq və belə sürətlə Rostova hücuma keçmək mümkün deyildi.
“CNN” hesab edir ki, bu qiyam Putin hakimiyyətinin bütün avtokratik mahiyyətinə baxmayaraq, aşkar zəifliyinin göstəricisidir və baş verən hadisələr Ukrayna qüvvələrinin xeyrinədir.
“AzPolitika.info”

Şərhlər
Bu Putinin öz oyunuda ola bilər!
Eger bu foto Putinin sön dövrdeki fotolarındandırsa bo qocalıb ve çıx gğman ki bunun hem de sonudur.