Menu

Ermitajın ziyarətçiləri mina qoyulması xəbərinə görə təxliyə edilib

24.06.2023, 20:19
Ermitajın ziyarətçiləri mina qoyulması xəbərinə görə təxliyə edilib

Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər muzeyin minalanması ilə bağlı məlumatla əlaqədar təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.

“İyunun 24-də Ermitaj binanın minalanması ilə bağlı məlumat alıb. Ziyarətçilər Baş Muzey Kompleksinin ərazisindən təxliyə edilib. Muzeyin mühafizəsi əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birlikdə sərgi salonlarına və ofis binalarına baxış keçirirlər”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol