Menu

Çexiyada təyyarə qəzaya uğrayıb

24.06.2023, 22:46
Çexiyada təyyarə qəzaya uğrayıb

Çexiyanın şərqindəki Havlikuv Brod şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb, pilot həlak olub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yerli polis bildirib.

"Təyyarə yerə çırpılan zaman yanıb. İçində yalnız pilot olub", - məlumatda deyilir.

Qəzanın başvermə şəraiti ilə bağlı araşdırma polis və Çexiya Mülki Aviasiya Administrasiyasının ekspertləri tərəfindən aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol