Menu

“Lukaşenkonun “xidməti” əvəzsiz qalmayacaq” - Belarus başçısı Putindən nə alacaq?

25.06.2023, 12:20
“Lukaşenkonun “xidməti” əvəzsiz qalmayacaq” - Belarus başçısı Putindən nə alacaq?

“Moskvaya hərbi hücumun qarşısının Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən alınması Putin üçün alçaldıcı haldır”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) ötən gün Rusiyada baş verən hərbi qiyamla bağlı hesabatında belə deyilir.

Amerikalı mütəxəssislər hesab edirlər ki, Lukaşenko bu “xidmətinə” görə mükafatsız qalmayacaq. Hesabatda deyilir ki, Priqojinlə əlaqələri və ona təsir imkanlarından istifadə edən Lukaşenko bunun qarşılığında Putinin indiyə qədər onu sıxışdırdığı İttifaq dövlətinin rəsmiləşdirilməsi və faktiki olaraq, Belarusun öz müstəqilliyini itirməsi ssenarisini uzatmağa nail ola bilər.

Eyni zamanda, mütəxəssislərin fikrincə, bundan sonra Lukaşenko Putinin Belarus ordusunu Ukrayna müharibəsinə cəlb etmək cəhdlərinin və təzyiqlərinin qarşısında daha dayanaqlı ola biləcək.

“AzPolitika.info”  

Şərhlər

Eli 2023-06-25 17:35:25

Rusiyanın,Belarusiyanın ve bütün dünyanın felaketle izleşmemesi üçün bir yolu var NKVD “Sıkasını” mehv etmek,Rusiyanı bir neçe milli dövletlere völmek ve rusları da nece isteyirler o cür de yaşaması üçün “dövlet” yaradıb şerait teşkil etmek lazımdır vessalam ve dünya ölkeleri de ona gedir men bilen.

Camal 2023-06-25 13:05:15

Son illərdəki kəllə-mayallaq məqamlarda Lukaşenko manevrlər edərək Belorusiya xalqını xətadan-bəladan qoruyur. Zamanı gələrsə,... özü bib-bir etdiyi manebrləri izah edəcək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol