Menu

"Priqojin Rusiyanın Ukraynaya qarşı yeni əməliyyatına başçılıq edə bilər" - Britaniyalı general

25.06.2023, 16:20
"Priqojin Rusiyanın Ukraynaya qarşı yeni əməliyyatına başçılıq edə bilər" - Britaniyalı general

““Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiyanın Belarus ərazisindən Ukraynaya yeni hücumuna rəhbərlik edə bilər”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş Qərargahının keçmiş rəisi, general Riçard Dannat bildirib.

O söyləyib ki, “Vaqner”in başçısının Belarusa getməsi faktı müəyyən narahatlıqlar yaradır.

General qeyd edib ki, Y.Priqojinin ətrafında döyüşə hazır qüvvələr saxlaması Kiyevə ən yaxın olan Ukrayna cinahı üçün yenidən təhlükə yaradacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol