Menu

“Sənə bu haqqı kim verib, cənab Qonçarenko?!” - Ramiz Yunusdan ukraynalı deputata sərt sözlər

25.06.2023, 16:29
“Sənə bu haqqı kim verib, cənab Qonçarenko?!” - Ramiz Yunusdan ukraynalı deputata sərt sözlər

“Ukrayna Verxovna Radasının deputatlarına ictimai müraciət edirəm ki, bu təxribatçı anti-Azərbaycan tviti dərc edən deputat Qonçarenkonun mövqeyinə siyasi qiymət versinlər”.

“AzPolitika.info” xəbər verir ki, Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus ukraynalı deputatın Azərbaycana qarşı mövqeyinə etiraz edərkən bildirib.

“Azərbaycan dövləti və Azərbaycan xalqı 2014-cü ildən bu günə kimi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi, bu yaxınlarda Ukrayna Prezidenti Zelenski Kişniyovda Azərbaycanın verdiyi böyük humanitar dəstəyə görə Prezidentə səmimi minnətdarlığını bildirdiyi halda bu "deputat" nədən özünə belə tvitlər yazmağa icazə verir? Sən kimsən, cənab Qonçarenko, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sorğulamağa mənəvi haqqı sənə kim verib? Yoxsa, Ukraynanın suverenliyi və ərazi bütövlüyü Azərbaycanın dövlətçiliyindən və ərazi bütövlüyündən fərqlənir?

Ukraynanın siyasi həyatında bu cür təsadüfi insanların olmasının ucbatından, 2014-cü ildən bəri dövlətin və xalqının başına çox bəlalar düşüb. Ayıb olsun cənab Qonçarenko!”, - deyə R.Yunus onu sərt şəkildə qınayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol