Menu

ABŞ "Vaqner"ə qarşı yeni sanksiyaların tətbiqini təxirə salır - Səbəbi açıqlandı

25.06.2023, 16:36
ABŞ "Vaqner"ə qarşı yeni sanksiyaların tətbiqini təxirə salır -  Səbəbi açıqlandı

ABŞ Dövlət Departamenti "Vaqner PMC"-yə qarşı planlaşdırılan sanksiyaların tətbiqini təxirə salmaq qərarına gəlib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "Wall Street Journal" nəşri öz mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, söhbət "Vaqner"in Afrikada “qızıl biznesi”nə qoyulan məhdudiyyətlərdən gedir. Belə ki, bu günlərdə Priqojinin ABŞ-dakı şirkətinin Afrikadakı “qızıl biznesi”nə qarşı yeni sanksiyaların tətbiqi planlaşdırılsa da, bu, təxirə salınıb.

Qərarın səbəblərini izah edən məlumatlı mənbə bildirib ki, Vaşinqton bu məsələdə tərəf tutmuş kimi görünmək istəmir.

Mənbə qeyd edib ki, Rusiydakı son hadisələrədn sonra sözügedən sanksiyanın tətbiqi ABŞ-ın Vladimir Putinə dəstəyi kimi başa düşülə bilər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol