Menu

Bayden ABŞ və Qərbin Rusiyada üsyan cəhdində iştirak etmədiyini bildirib

26.06.2023, 21:50
Bayden ABŞ və Qərbin Rusiyada üsyan cəhdində iştirak etmədiyini bildirib

“Biz (ABŞ və Qərb - Qeyd) Rusiyada baş verən hadisələrdə iştirak etmədiyimizi açıq şəkildə bildirdik. Bizim bununla heç bir əlaqəmiz yox idi”.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyada baş verən hadisələrə görə bir neçə ssenariyə hazır idi: “Bu, Rusiyanın daxili sisteminin mübarizəsinin bir hissəsi idi”.

Bayden bildirib ki, Vaşinqton, Rusiyada baş verən hadisələrdən asılı olmayaraq, Ukraynaya yardımlarını davam etdirəcək: “Bunu həftəsonu telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin də diqqətinə çatdırmışam”.

Şərhlər

Oxucu. 2023-06-27 04:49:02

Əslində çox istərdi müdaxilə etsin,amma indi gecdir,artıq dünya dövlətləri anqlasaksların nə etdiyini bilirlər,bir sözlə oyanıblar,ukrayna kimi axmaq vəziyyətə düşmək istəmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol