Menu

"Silahlı qiyam bütün hallarda yatırılacaqdı" - PUTİN + VİDEO (Yeniləndi)

26.06.2023, 23:48
"Silahlı qiyam bütün hallarda yatırılacaqdı" - PUTİN + VİDEO (Yeniləndi)

Silahlı qiyam bütün hallarda yatırılacaqdı.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

O, ictimaiyyətin, partiyaların, dini qurumların, bütün cəmiyyətin konstitusiya quruluşunu dəstəkləməkdə qəti mövqe tutduğunu qeyd edib.

Putin deyib ki, qiyamın təşkilatçıları vətənə xəyanət ediblər.

Rusiya Prezidenti qeyd edib ki, şənbə hadisələri zamanı həlak olan pilotların cəsarəti və fədakarlığı ölkəni dəhşətli nəticələrdən xilas edib.

Putin deyib ki, "Vaqner" döyüşçülərinin böyük əksəriyyəti vətənpərvərlərdir. Onlardan sui-istifadə olunub.

Rusiya dövlət başçısı əlavə edib ki, qan tökülməsinin qarşısını almaq üçün qərarlar onun birbaşa göstərişi ilə qəbul edilib.

Putin qan tökməyə getməyən "Vaqner" əsgərlərinə təşəkkür edib.

O, "Vaqner"lə bağlı vəziyyətin həllinə verdiyi töhfəyə görə Lukaşenkoya təşəkkür edib.

***

"İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur”. 

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, silahlı üsyan onsuzda yatırılacaqdı:

“Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər”.

***

Rusiya Prezidenti Vladimir Putin bu axşam bir sıra mühüm açıqlamalar verəcək.

APA-nın Moskva müxbiri Birinci kanala istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol