Menu

“Müharibə zamanı Baş Qərargahın haqlı çıxdığı bir hal yadıma gəlmir” – PAŞİNYAN

27.06.2023, 17:17
“Müharibə zamanı Baş Qərargahın haqlı çıxdığı bir hal yadıma gəlmir” – PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə daim əlaqədə olduqlarını və aralarında hər hansı fikir ziddiyyəti yaranmadığını bildirib.

“AzPolitika.info” Ermənistan mənbələrinə istinadla xəbər verir ki, bu haqda Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.

O qeyd edib ki, Qarabağda bu və ya digər cəbhə xəttində baş verən dəyişikliklər və ümumi vəziyyət barədə tez-tez separatçı rejimin “prezident”indən məlumat alırdı.

“Mən ilk növbədə o məlumatları Müdafiə Nazirliyi və Baş Qərargahdan dəqiqləşdirməyə çalışırdım. Əksər hallarda, mən Baş Qərargah və Müdafiə Nazirliyindən təkzib cavabları alırdım. Amma üstündən bir neçə gün, hətta bir-iki gün sonra Baş Qərargah məcburi olaraq bu məlumatı təsdiqləyirdi. Mən demirəm ki, Baş Qərargahın verdiyi bütün məlumatlar yalnış idi. Amma hər dəfə mənə Qarabağdan zəng olunub hansısa ərazidə vəziyyətin dəyişdiyini bildirəndə, Müdafiə Nazirliyindən deyirdilər ki, bu məlumat doğru deyil. Bir müddət sonra isə etiraf edirdilər ki, həqiqət imiş. Bu, çox dərin və ciddi problemdir ki, nəinki müharibə dövründə, hətta müharibədən sonra da üzləşmişik”, - deyə Baş nazir bildirib.

O qeyd edib ki, 44 günlük müharibə ərzində Baş Qərargahın haqlı, separatçı rejimin isə haqsız çıxdığı hər hansı bir halı xatırlamır.

Rüfət Əhmədzadə

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol