Menu

"Təzəpir" məscidində bayram namazı qılınıb

28.06.2023, 10:07
"Təzəpir" məscidində bayram namazı qılınıb

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

"Report"un xəbərinə görə, "Təzəpir" məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

Namazda sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.

Şərhlər

dadaşyev 2023-06-28 23:37:18

A balam,namaz qılmağı da,qılmaq vaxtlarını da,bayramda namaz qılınması vacibliyini də bilirik ee,amma ildə cəmisi iki müqəddəs bayramımız var,bunca neft-qaz-balıq-kürü-pambıq filan satışından əldə etdiyimiz yüz milyardların bir qırağından niyə azacıq da olsa öz əhalimizə bayram xərcliyi verilmədiyini biləmmirik.Türkiyədə zəlzələ oldu,onca dağıntılar oldu,amma Türkiyə höküməti hər ilki kimi yenə də əhaliyə bayram xərcliyi verdi,həm Ramazanda,həm də Qurban bayramında.Bizdən isə il uzunu təyyarələrlə,qatarlarla xarici ölkələrə heeey ərzaq daşınır müftə-müsəlləm,yardım olaraq,öz əhalimizə isə bir manat da qıyılmır.Belə çıxır ki,bizim bütün yeraltı və yerüstü sərvətləimiz özümüzdən başqa bütün bəşəriyyətindirmi?Biz də bəşəriyyətin bir hissəsi deyilikmi?Biz yemək istəmirikmi?Biz də adam deyilikmi?Nə günahın sahibiyik ki bizə heç nə verilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol