Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib.
"Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, diviziya generalı Məhəmməd Baqiri arasında telefon danışığı olub. İkitərəfli münasibətlərin aktual məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və təmasları inkişaf etdirmək niyyətini təsdiqləyiblər”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.


Şərhlər
Şoyqunun İran ordusunun baş qərargah rəisi ilə görüşü ,güman ki Rusiyanın Azərbaycan ərazisinə hücum edəcəyi haqqında təsəvvür yaradır.Ola bilsin ki,Rusiyanın regiona qoşun yeridəcəyi halda İranın hansı mövqedə dayanması gərəkliyi izah edilir.Əgər bu görüş siyasi motivdə olsaydı,onda Şoyqu İranın müdafiə naziri ilə görüşərdi.Məlumdur ki,Rusiya bu işğalçı hücumunu Azərbaycan hakimiyyəti ilə razılaşdırılmış şəkildə təşkil edəcək.Çünki AXC hakimiyyətinin çevrilişini də ruslar bu sayaq etmişdilər.Təəssüf ki ordumuzda hələ də yüksək vəzifə tutan zabitlərin əksəriyyəti rusiya hərbi məktəblərini bitirmiş putinçilərdir.Onların arasında erməni millətindən olan arvadlarına saxta ləzgi kimliyi düzəldənlər də var.
Niyə Rusun müdafiə naziri İranın müdafiə naziri ilə yox Qərərgah rəisi ilə danışır? İranda Üərərgah rəisi böyükdür yoxsa İran Şoyqunu aşağılayır?