Menu

Rusiyada kimya müəssisəsində güclü yanğın - Ölən var + VİDEO

29.06.2023, 13:50
Rusiyada kimya müəssisəsində güclü yanğın - Ölən var +  VİDEO

Rusiyanın Nijni Novqorod şəhərində “Balsam” şirkətində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub.

“İlkin məlumata görə, iyunun 29-da Moskva vaxtı ilə saat 9:50-də (Bakı vaxtı ilə 10:50 - red.) “Balsam” şirkətinin ərazisində sistern alovlanıb, nəticədə bir nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilib.

Bir qədər sonra xəsarət alan şəxsin - yük maşınının sürücüsünün - həlak olduğu barədə məlumat verilib.

Regional Fövqəladə Hallar Nazirliyi Baş İdarəsindən verilən məlumata görə, yük maşını və bir neçə qaraj yanır. Yanğının söndürülməsinə 51 nəfər canlı qüvvə və 14 texnika cəlb olunub. Yanğın 800 kv.m sahədə lokallaşdırılıb.

Şirkətin saytında müəssisənin kimyəvi məhsulların istehsalı ilə məşğul olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Eli 2023-06-29 14:05:26

Putinin meqsedi gün kimi aydındır :birincilik iddiası,men de biz de varıq psixologiyası be menemlik ki tarix çıx götüb brl meseleleri.Bınlar ise ağla düzgün siyasetleuzlaşmır be gec tez mehve mehkum olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol