Menu

"Terrorçularla mübarizə aparılmayana qədər İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcəyik" - Ərdoğan

30.06.2023, 10:18
"Terrorçularla mübarizə aparılmayana qədər İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcəyik" - Ərdoğan

Terror təşkilatları və İslam düşmənləri ilə qəti şəkildə mübarizə aparılmayana qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul bayram proqramında çıxışı zamanı deyib.

Prezident Ərdoğan onu da bildirib ki, fikir azadlığı adı altında Qurani-Kərimin yandırılmasına yol verənlər məqsədlərinə çatmayacaqlar.

Qeyd edək ki, 28 iyun tarixində İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol