Menu

Tanınmış iqtisdaçı Rusiya vətəndaşlığından çıxdı – Daha bir rus milyarder də eyni addımı atdı

30.06.2023, 12:08
Tanınmış iqtisdaçı Rusiya vətəndaşlığından çıxdı – Daha bir rus milyarder də eyni addımı atdı

Tanınmış iqtisadçı Andrey Movçan Rusiya vətəndaşlığından rəsmən imtina edib.

“AzPolitika.info” xəbər verir ki, Mövçan bu barədə “Facebook” səhifəsində yerləşdirib. Belə ki, o, Rusiya Federasiyasının Böyük Britaniyadakı səfirliyinin katibi tərəfindən imzalanmış müvafiq sertifikatı Rusiyada yaşadığı illərin xatirəsi olan mətnlə birlikdə paylaşıb. İqtisadçı müraciətinə ölkəyə ünvanladığı “əzizim, bir vaxtlar sevgilim” sözləri ilə başlayıb.

Mövçanın 55 yaşı var, Moskvada anadan olub, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasını və Çikaqo Universitetində Biznes Məktəbini bitirib. Daha sonra uzun müddət Rusiyanın bank sektorunda çalışıb, eyni zamanda mediada iqtisadi məsələlər üzrə ekspert kimi çıxışlar edib.

2016-cı ildə Mövçan “Movchan's Group” investisiya idarəçiliyi şirkətləri qrupunu təsis edib. İqtisadçı 2020-ci ildə Rusiyadan Böyük Britaniyaya gedib. Daha əvvəl ailəsi ilə birlikdə Kipr vətəndaşlığını alıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başladıqdan sonra müxtəlif peşə və fəaliyyətə malik onlarla Rusiya vətəndaşı (müxalifət fəalları, hüquqşünaslar, biznesmenlər, idmançılar və s.) ölkə vətəndaşlığından çıxdığını bəyan ediblər. Cümə axşamı məlum olub ki, “Areti” enerji şirkətinə rəhbərlik edən milyarder İqor Makarov Rusiya pasportundan imtina edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol