Menu

Fransada iğtişaşlar: 667 nəfər saxlanıldı - Makron növbəti böhran iclası çağırdı

30.06.2023, 12:16
Fransada iğtişaşlar: 667 nəfər saxlanıldı - Makron növbəti böhran iclası çağırdı

Fransada bir neçə gündür davam edən və ötən gecə ən pik həddinə çatan iğtişaşlar nəticəsində 667 nəfər saxlanılıb.

“AzPolitika.info” “Reuter”sə istinadla xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Geral Dermanin “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, polislə qarşıdurma həddinə çatan iğtişaşlar nəticəsində, müxtəlif şəhərlərdə banklar və mağazalar yandırııb, avtobuslar aşırdılıb.

Darmanin üçüncü gecə iğtişaşları yatırtmaq üçün, müxtəlif şəhərlərdə küçələrə cümə axşamı gecəsi 40 min zabiti yerləşdirmişdi.

“Reuters” xəbər verir ki, bu gərginlik Fransa Prezidentini ikinci dəfə böhran iclası çağırmağa vadar edib.

İğtişaşlar Marsel, Lion, Pau, Tuluza və Lilldə, eləcə də Parisin bəzi hissələrində, o cümlədən Parisin fəhlələr yaşayan Nanter rayonunda baş verib. Qeyd edək ki, çərşənbə axşamı burada Əlcəzair və Mərakeş əsilli 17 yaşlı Nahel güllələnmişdi.

Ofisindən bildiriblər ki, Makron Parisdə kabineti ilə görüşəcək. Onun Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində iştirakını qısaldacağı gözlənilir. Prezident Makron indiyə qədər fövqəladə vəziyyət elan etmədən vəziyyəti “idarə etməyə” çalışır.

Nəqliyyat naziri Klement Beaune RMC radiosuna açıqlamasında cümə günü Paris bölgəsində ictimai nəqliyyatın ciddi şəkildə pozulacağını və şəbəkənin erkən bağlanacağını istisna etməyib. Parisin şimalındakı Obervil şəhərindəki depoda 12 avtobus bir gecədə yandırılaraq məhv edilib.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol