Menu

Makron Fransada iğtişaşların davam etdiyi bir vaxtda belə əylənir - VİDEO

30.06.2023, 13:43
Makron Fransada iğtişaşların davam etdiyi bir vaxtda belə əylənir - VİDEO

Tez-tez fransız xalqı ilə sıx əlaqə qurmamaqda günahlandırılan Fransa Prezidenti Emmanuel Makron ölkəsində iğtişaşların olduğu bir vaxtda konsert proqramına qatılıb.

"AzPolitika.info" xəbər verir ki, Makron çərşənbə gecəsi məşhur britanilyalı musiqiçi Elton Conun Parisdəki "Accor Arena"da keçirilən konsertində iştirak edib.

İtalyan model Bianka Brandolini Elton Conun konsertindən foto paylaşıb və orada Fransa Prezidentinin də olduğu görünüb.

Makronun bu hərəkəti fransızlar tərəfindən böyük narazılıqla qarşılanıb. Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani Makronun özünü məsuliyyətsiz apardığını deyib.

“Fransa yanarkən Makron Elton Conu alqışlamağı seçdi”,-deyə o, bildirib.

Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində bir polis polisin əmrini yerinə yetirməkdən boyun qaçıran 17 yaşlı yeniyetməni güllələyib. İyunun 29-da anım yürüşü keçirilib və bu, sonradan iğtişaşlara çevrilib. Ötən gün Fransanın Marsel, Lion, Pau, Tuluza və Lilldə, eləcə də Parisin bəzi hissələrində iğtişaşlar baş verib.

"AzPolitika.info"


Şərhlər

dadaşyev 2023-07-01 02:09:01

Bu kilkəbaş Fransa xalqının yox,Fransada yaşayan ermənilərin prezidentidir.Ermənilərin problemlərini həll etmək üçün çalışır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol