“Levada” Mərkəzinin iyunun 22-28-də keçirdiyi sorğusuna əsasən, “Vaqner” qiyamından əvvəl respondentlərin 58 faizi Priqojinin fəaliyyətinə müsbət münasibət bildirib.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, Moskvaya “ədalət marşı” adlanan yürüş başa çatdıqdan sonra sorğuda iştirak edənlərin 29 faizi “Vaqner” PMC rəhbərinin fəaliyyətini bəyəndiklərini bildirib.
Sosioloqlar Priqojinə qarşı ictimai əhval-ruhiyyənin dinamikasını da təsvir ediblər. Üsyandan əvvəl o, ruslara “həqiqət uğrunda mübariz”, “əsl lider”, “vətənpərvər” və “qalib general” kimi görünürdü, sonra onun timsalında mənfi qiymətləndirmələr üstünlük təşkil etməyə başladı: “çaşqınlıq yaratdı”, "Rusiyaya qarşı getdi", "hakimiyyətə can atır", - araşdırma müəllifləri deyirlər.
Həmçinin, qiyamdan sonra Müdafiə naziri Sergey Şoyqunun fəaliyyətinin bəyənilmə səviyyəsi aşağı düşüb. Lakin nazirin reytinqinin aşağı düşməsi o qədər də ciddi olmayıb. Bir həftə əvvəl respondentlərin 60%-i onun fəaliyyətini, Priqojinin üsyanından sonra isə 48%-i bəyənmişdi.
Eyni zamanda, üsyanın Prezident Vladimir Putinin nüfuzuna az təsir etdiyi iddia olunur. İyunun 22-23-də rusların 81%-i, üsyan günü 79%-i, 25-28 iyunda isədə 82%-i onu dəstəkləyib.
Buna baxmayaraq, bölgə siyasətçiləri “Meduza” agentliyinə bildiriblər ki, Kremldə onlara Putinə inam səviyyəsinin 9-14% azaldığını bildiriblər. Kremlə yaxın mənbə nəşrə bildirib ki, bununla mübarizə aparmaq üçün Prezident Administrasiyası Putinin ictimaiyyət qarşısında çıxışlarının sayını artırıb. İğtişaşdan sonra Prezident artıq Dağıstanın Dərbənd şəhər sakinləri ilə şəxsən söhbət edib, həmçinin Strateji Təşəbbüslər Agentliyinin forumunda olub.
“AzPolitika.info”


Şərhlər
Allah Ulu Cavide qeni qeni rehmet eylesin ki mehz bı millet ve Putin haqqında sanki deyib:”Derde bax niyyete bax,millete bax,Ölülerden diriler feyz alacaq.”