Menu

Kişineuda terror aktını "Vaqner" döyüşçüsü törədib - ANBAAN VİDEO (Yeniləndi)

30.06.2023, 21:47
Kişineuda terror aktını "Vaqner" döyüşçüsü törədib - ANBAAN VİDEO (Yeniləndi)

Kişineuda hava limanında atəş açan şəxs Türkiyədən gələn Tacikistan vətəndaşı olub və Moldova polisinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

O, qeyd edib ki, baş verən terror aktında iki nəfər ölüb, bir nəfər yaralanıb.

***

Moldovanın paytaxtı Kişineuda hava limanında iki nəfəri güllələyən şəxs "Vaqner" Özəl Hərbi Şirkətinin döyüşçüsü olub. "Report" xəbər verir ki, bu badə Moldovanın "Pulsmedia" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, “Vaqner"çi hava limanında bir neçə dəfə atəş açıb və girovlarla barrikada qurub. İlkin məlumata görə, atışma zamanı iki nəfər ölüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş ölkəyə girişi qadağan edilən xarici vətəndaş tərəfindən açılıb. O yaralı halda saxlanılıb. 

***

Moldovanın paytaxtı Kişineuda hava limanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, ölkəyə girişi qadağan olunmuş xarici vətəndaş sərhədçiyə atəş açıb və binalardan birində barrikada qurub. Sərnişinlər binadan təxliyə edilib.

Problem aradan qaldırılana qədər Kişineu hava limanında uçuşlar dayandırılıb.

Son məlumatlara əsasən, Moldovanın paytaxtı Kişinyov şəhərinin hava limanında atəş açaraq iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Onun yaralı halda tutulduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol