Menu

Priqojinin hərbi qiyam cəhdindən sonra Rusiya MN-də yoxlamalar aparılıb

01.07.2023, 13:56
Priqojinin hərbi qiyam cəhdindən sonra Rusiya MN-də yoxlamalar aparılıb

"Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdindən sonra Rusiya Müdafiə Nazirliyində yoxlamalar aparılıb.

APA xəbər verir ki, bu barədə "Bloomberg" nəşri öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Müdafiə naziri Sergey Şoyqunun yaxın ətrafı "Vaqner"lə mümkün əlaqələrin olması ilə bağlı araşdırılıb.

Eyni zamanda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Şoyqunu və baş qərargah rəisi Gerasimovu vəzifələrindən azad etməyi planlaşdırmır, çünki onlar Putinin uzunmüddətli tərəfdarlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol