Menu

“İrəvanda Xankəndinin zənglərini qəbul etmirlər...” - Erməni jurnalist

01.07.2023, 19:50
“İrəvanda Xankəndinin zənglərini qəbul etmirlər...” - Erməni jurnalist

“Ermənistanın vəzifəli şəxsləri “artsax”dakı həmkarlarının zənglərini qəbul etmirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Etk” nəşrinin baş redaktoru Edik Baqdasaryan öz sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.

Erməni jurnalist İrəvanın Xankəndidəki qondarma qurumun “başçılarının” müraciətlərinə məhəl qoymamasından, onlarla ünsiyyətdən qaçmasından gileylənib: “Bu gün “artsax”dakı iki müxytəlif “vəzifəli şəxs”lə danışmışam. Onlar həddindən artıq üzgün idilər ki, Ermənistandakı vəzifəli şəxslər artıq onların zənglərinə cavab vermirlər. Mən başa düşürəm ki, onların deməyə sözü yoxdur və heç bir məsələni həll edə bilmirlər...”

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar bir neçə dəfə Qarabağı bütövlükdə Azərbacanın tərkib hissəsi kimi tanıdıqlarını bəyan edib. Lakin nə Xankəndində gizlənən separatçı qondarma qurum, nə də onların “sülhməramlı” havadarları bu reallıqla hələ ki, barışmaq istəmirlər.

“AzPolitika.info”  

Şərhlər

Yasin Kərkicahanlı 2023-07-02 08:51:45

Bəli, *Etk* və Cənab E.Bağdasarıyan, Xankəndlilər iki il öncədən İrəvana yox, Bakıya müraciət və Noyabr razılaşmasını tərtib etmiş Kremldən XAHİŞ etməlidirlər ki, tezliklə Sülhməramlılarını geri çəkib, aparsınlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol